İran Beynəlxalq Əfv Təşkilatının çağırışına məhəl qoymur - Yeniyetmə edam ediləcək

Hazırda oxunan: İran Beynəlxalq Əfv Təşkilatının çağırışına məhəl qoymur - Yeniyetmə edam ediləcək

41321

Kərəcin Rəcayişəhr zindanında edam cəzasına məhkum edilən Arman Əbdüləli adlı yeniyetmə edam təhlükəsi ilə üz-üzədir. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Azad İran" Telegram kanalı yayıb.

Mənbə yazır ki, qətl cinayətini inkar etməsinə və ölən şəxsin cəsədinin tapılmamasına rəğmən, Tehran Cəza Məhkəməsi müttəhimə ölüm cəzası verib və hökm Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılıb.

Ölüm hökmünün icra edilməsi üçün o, dünən səhər saatlarında Rəcayişəhr zindanında təkadamlıq kameraya salınıb. 

Beynəlxalq Əfv Təşkilatı da edam cəzasının yaxında icra edilməsi təhlükəsinə toxunaraq cəzanın dayandırılmasına çağırış edib:

"İran rejimi 18 yaşa qədər şəxsləri edama məhkum edərək beynəlxalq hüququ pozur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin