“İranlı hakerlər iyul ayından etibarən başladılan casusluq kampaniyası çərçivəsində onlarla müdafiə texnologiyası və dəniz nəqliyyatı firmalarını hədəfə alıblar”
Bizim.Media “CNN”-ə istinadən xəbər verir ki, bu barədə texnologiya nəhəngi “Microsoft” məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
İran rəsmilərindən etiraf: “Uşaqlar pis qidalanırlar” – FOTO
Belə ki, şirkət ABŞ, Avropa Birliyi və İsrail hökumətləri ilə birlikdə peyk sistemləri, pilotsuz uçuş aparatları texnologiyası və "hərbi dərəcəli radarlar" hazırlayan firmaların hücumların hədəfinə çevrildiyini bildirib.
Bu cəhd İran haker qrupunun dəniz sektorunda saxlanılan həssas məlumatları əldə etmək üçün etdiyi son cəhddir.
Şirkətdən verilən məlumata görə, keçən il başqa bir İran qrupu ABŞ Hərbi Dəniz Qüvvələrinin bir üzvünün hərbi hissəsinə aid məlumatlarını oğurlayıb.
Lakin “Microsoft” bu fəaliyyəti birbaşa Tehran hökuməti ilə əlaqələndirməyib, əksinə, hücumun başqa bir İran qrupu tərəfindən törədildiyini və bunun İranın "milli maraqlarını dəstəklədiyini" söyləyib.
“Microsoft” Təhdidlərə qarşı Kəşfiyyat Mərkəzinin rəhbəri Con Lambert “CNN”-ə bildirib ki, “Microsoft” bu yay ABŞ maliyyə xidmətləri firmasının sistemində baş verən pozulmanı araşdırarkən hücumları kəşf edib.
Lambert, müdaxilələr haqqında məlumat yaymağın məqsədinin “təşkilatların sonrakı pozuntu cəhdlərinə hazırlaşmalarına kömək etmək” olduğunu qeyd edib.
“Microsoft”-a görə, şübhəli İran əməliyyatçıları, adı açıqlanmayan ABŞ və İsrailin müdafiə şirkətləri, eyni zamanda Fars Körfəzi limanlarında fəaliyyət göstərən təşkilatlar da daxil olmaqla təxminən 250 təşkilatda şifrələri qırmağa çalışıb. Lakin hakerlərin məlumatlarını əldə edə bildiyi şirkətlərin sayı 20-dən azdır.
Məlumatda dənizçilik sektorunun İran kəşfiyyatının hər zaman diqqət mərkəzində olduğu da qeyd olunub. Buna səbəb kimi isə, İranın dünya neft daşınmalarının 20%-ə yaxının həyata keçirildiyi Hörmüz boğazı sahilində yerləşməsi göstərilib.
Ümumilikdə isə, hücum fəaliyyətlərinin Fars körfəzində baş verməsinə baxmayaraq, bu sektorda fəaliyyət göstərən İsrail və ABŞ şirkətlərinin də kiber təhlükəsizliklərinin qeydinə qalmasının vacibliyi də vurğulanıb.
Murad Əhmədov, Bizim.Media