MDB ölkələrindən Rusiyaya işləmək üçün daha çox qadın gəlir.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya “sputnik live” Telegram kanalında yerləşdirilib.
"Miqrasiyanın qadın üzü" konfransında bildirilib ki, Rusiya Federasiyasına Qırğızıstandan gələnlərin 50 faizini qadınlar təşkil edir.
Tacikistan və Türkmənistandan isə gələnlərin 10 faizi zərif məxluqdur. Hesablamalara görə, MDB ölkələrindən Rusiya Federasiyasında iş icazəsi alan mühacirlərin təxminən 20 faizi qadınlardır.
Mütəxəssislər deyirlər ki, miqrantlar arasında qadınların sayının artması daha çox yeni gələnlərin Rusiyada daimi yaşamaq istəkləri ilə bağlıdır.
Bizim.Media