Təbriz Məhkəməsi azərbaycanlı fəal barədə cəza hökmü verdi - FOTO

Hazırda oxunan: Təbriz Məhkəməsi azərbaycanlı fəal barədə cəza hökmü verdi - FOTO

41202

Azərbaycanlı siyasi və mədəni fəal Məhəmməd Mahmudi Təbriz Cəza Məhkəməsinin 112-ci şöbəsi tərəfindən 70 milyon rial cərimələnib. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Azad İran" Teleqram kanalı yayıb.

Mənbə yazır ki, məhkəmə onun barəsində bir il həbs cəzası müqabilində 60 milyon rial və şallaq cəzasına əvəz olaraq 10 milyon rial cərimə qərarı çıxarıb. 
 

Azərbaycanlı fəal, Əhvaz şəhərində yaşayan ərəblərin kütləvi etirazlarına dəstək olaraq iyulun 24-də Təbrizdə küçə etirazları zamanı İranın polis qüvvələri tərəfindən tutulub və 30 milyon girov qarşılığında iki gün sonra azad edilib.


Qeyd edək ki, Məhəmməd Mahmudi daha öncə də mədəni (vətəndaş cəmiyyəti sahəsində) fəaliyyətlərinə görə bir neçə dəfə tutularaq həbs cəzasına məhkum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin