Azərbaycanlı xanıma Ukrayna Milli Bankında yüksək vəzifə verildi - DETALLAR

Hazırda oxunan: Azərbaycanlı xanıma Ukrayna Milli Bankında yüksək vəzifə verildi - DETALLAR

41201

Azərbaycanlı xanım Pərvin Dadaşova dünən Ukrayna Milli Bankının Maliyyə Sabitliyi Departamentinin direktoru vəzifəsinə təyin edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “bank.gov.ua” saytında yerləşdirilib.

Mənbə xatırladır ki, Pərvin Dadaşova Milli Bankda işlədiyi müddətdə maliyyə sabitliyinin təmin edilməsi və qorunması üçün proseslərin əlaqələndirilməsində kifayət qədər təcrübə qazanıb. Həm də bankın makroprudensial siyasətinin inkişafına əhəmiyyətli töhfə verib.

Milli Bankın sədr müavini Sergey Nikolayçuk onu bu vəzifəyə təyin olunması münasibətilə səmimi qəlbdən təbrik edib.

Qeyd edək ki, Pərvin Dadaşova Milli Bankın komandasına 2017-ci ilin iyul ayında qoşulub. Bu müddət ərzində aparıcı iqtisadçıdan Maliyyə Sabitliyi Departamentinin makrostress testləri və model vasitələrinin inkişafı müdiri vəzifəsinədək yüksəlib. 2019-cu ildə bu departamentdə makroiqtisadi siyasət və araşdırmalar şöbəsinin müdiri olub. 17 sentyabr 2021-ci ildən Maliyyə Sabitliyi Departamentinin Direktoru vəzifəsini icra edib. 

Milli Bankadək o, Kiyev Milli Universitetində baş müəllim vəzifəsində çalışıb. 
 

Pərvin Dadaşova elə həmin universitetin məzunudur, iqtisad elmləri namizədi və maliyyə üzrə fəlsəfə doktorudur.


Xatırladaq ki, Pərvin Dadaşovanın atası Akif Dadaşov Ukraynada diaspor fəallarından biridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin