Dünyanın ən qapalı ölkələrindən biri olan Şimali Koreya xüsusi xidmət orqanlarının keçmiş rəhbəri Kim Kuk maraqlı açıqlamalar verib.
Bizim.Media xəbər verir ki, o, BBC-yə müsahibəsində xüsusi xidmət orqanlarında yüksək vəzifəyə çatmaq üçün 30 il çalışdığını deyib.
Kim Kuk qeyd edib ki, ölkə lideri Kim Çen In müxalifləri öldürmək üçün bir sıra ölkələrə xüsusi casuslar göndərir. Bu işləri görmək üçün əsas gəlir mənbəyi narkotik alveridir.
MÖVZU İLƏ BAĞLI:
Kim Çen Inın bacısının Cənubi Koreya prezidenti ilə bağlı açıqlamaları dərc edilmədi – SƏBƏB
O, paytaxt Pxenyanda qanunsuz narkotik laboratoriyası qurduğunu iddia edib:
“Mən sadiq bir kommunizim xidmətçisiyəm, amma rütbə və sədaqət Şimali Koreyada təhlükəsizliyinizə zəmanət vermir”.
2014-cü ildə Cənubi Koreyaya qaçan polkovnik Kim Kuk əlavə edib ki, Şimali Koreya lideri Yaxın Şərq və Afrikaya silah satışından milyardarla dollar əldə edir.
Oral Mədənçi, Bizim.Media