İranda azərbaycanlı ailə məhkəməni uddu - Oğluna türk adında şəxsiyyət vəsiqəsi aldı - FOTO

Hazırda oxunan: İranda azərbaycanlı ailə məhkəməni uddu - Oğluna türk adında şəxsiyyət vəsiqəsi aldı - FOTO

41144

Güney Azərbaycanın Germi bölgəsindən olan azərbaycanlı ailə 99 gün mübarizədən sonra uşağına türk adında şəxsiyyət vəsiqəsi almağa nail olub.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Azad İran" Teleqram kanalı yayıb.

Mənbə yazır ki, bununla bağlı Möhsün Qasımi oktyabrın 9-da özünün sosial media hesabında paylaşım edib.

Onun sözlərinə görə, iyul ayının 1-də doğulan övladına Germi Qeydiyyat İdarəsinin yaratdığı əngəllərə görə şəxsiyyət vəsiqəsi verilməyib.

Möhsün Qasımi nəticədə aidiyyatı orqanlara və məhkəməyə müraciət edib. Yalnız oktyabrın 8-də Germi şəhərinin Hüquq və Ümumi Məhkəməsinin 1-ci şöbəsi onun övladına Elcan adında kimlik sənədinin verilməsi barədə qərar çıxarıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin