Almaniya kansleri Angela Merkelin Türkiyəyə planlaşdırılan səfəri bu yaxınlarda baş tutacaq.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “TRT Russian” nəşri Almaniya hökumətinin mətbuat katibi Steffen Zaybertə istinadən yayıb.
Onun sözlərinə görə, oktyabrın 16-da Merkel ilə Türkiyə prezidenti Rəcəb Ərdoğan arasında danışıqlar İstanbulda keçiriləcək.
"Türkiyə bizim üçün vacib və yaxın tərəfdaşdır. Ölkələrimiz bir çox cəhətdən bir -birinə bağlıdır" deyə Zaybert qeyd edib.
O, Türkiyədən milyonlarla immiqrantın Almaniyada yaşadığını və bu ölkə ilə "şəxsi körpü" yaratdığını xatırladıb:
“Bu səbəbdən Almaniya hökuməti üçün "Türkiyə ilə yaxın, konstruktiv və güvənli qarşılıqlı əlaqə" vacibdir”.
Zaybert iki dövləti bağlayan beynəlxalq problemlərə diqqət çəkib və Türkiyənin Suriyadan milyonlarla qaçqına ev sahibliyi etməkdə qazandığı uğurları yüksək qiymətləndirib.
O, Türkiyə ilə Avropa Birliyi arasında bağlanan miqrasiya müqaviləsinin əsas prinsipinin bu olduğunu qeyd edib: "Avropa bunu qəbul etməlidir".
Bizim.Media