İran prezidenti öz adamını yüksək vəzifəyə təyin etdi

Hazırda oxunan: İran prezidenti öz adamını yüksək vəzifəyə təyin etdi

41055

İran prezidenti İbrahim Rəisi seçki qərargahının rəisinin müavini olan və ona yaxın adam hesab edilən Möhsün Mənsurini Tehranın valisi təyin edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Azad İran" Telegram kanalı yayıb.

Mənsuri ötən gün İranın hökumət kabinetinin iclasında bu posta təqdim edilib.

O, Mahmud Əhmədinejadın prezidentliyi dövründə  Vəramin bölgəsinin başçısı olub. İbrahim Rəisi ötən illərdə Möhsün Mənsurinin müxtəlif vəzifələrdə irəli çəkilməsində də ona böyük dəstək göstərib.
 

Qeyd edək ki, İran hökuməti hər zaman vəzifələrin bölüşdürülməsində tayfabazlıq və dost-tanış prisiplərini rəhbər tutur.


Buna görə də ölkənin mühüm qurumlarında bütün postlarda yüksək vəzifəli rəsmilərin yaxın adamları əyləşib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin