Xəbər verdiyimiz kimi, Azərbaycanın üç vətəndaşı - Şarlan Baqazadə, Sadıq Əliyev və onun qohumu Rusiyanın Orenburq vilayətində sakinlərin kütləvi ölümünə səbəb olub və polis tərəfindən nəzarətə götürülüb.
Bizim.Media Rusiya mətbuatına istinadən xatırladır ki, saxta spirtli içkidən ölənlərin sayı 32 nəfərə çatıb, onlarla insan reanimasiyadadır.
Mənbə yazır ki, həbs olunan azərbaycanlılar Rusiya Federasiyası Cinayət Məcəlləsinin 238-ci maddəsinin 3-cü hissəsi (Təhlükəsizlik tələblərinə cavab verməyən malların istehsalı) ilə ittiham olunurlar.
Xatırladaq ki, saxta spirtdən zəhərlənmə hadisəsi oktyabrın 7-nə keçən gecə qeydə alınıb.
Müstəntiqlər və polis əməkdaşları anbarı və istehsal məkanını tapıblar. Nəticədə 600 litrdən çox spirt olan maye ələ keçiriblər. Altı cinayət işi bir icraatda birləşdirilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:24 / 11.10.2021
Rusiyada həbs edilən 3 azərbaycanlı hansı maddə ilə ittiham olunur? - FOTO
Hazırda oxunan: Rusiyada həbs edilən 3 azərbaycanlı hansı maddə ilə ittiham olunur? - FOTO
Hazırda oxunan: Rusiyada həbs edilən 3 azərbaycanlı hansı maddə ilə ittiham olunur? - FOTO
0:00
0:00
41051
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.