Narkotik mafiyası Serbiya Prezidentini təhdid edir - SƏBƏB

Hazırda oxunan: Narkotik mafiyası Serbiya Prezidentini təhdid edir - SƏBƏB

41046

Narkotik mafiyasına qarşı mübarizə aparan Serbiya Prezidenti Aleksandar Vuçiçin həyatı təhlükə altındadır.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi ölkənin daxili işlər naziri Aleksandr Vulinə istinadən yayıb.

Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri yeddi nəfərinə artıq cinayət işi açılan və çoxlu sayda cinayətlərdə adları hallanan təhlükəli qrupu ortaya çıxarıb.

Daxili İşlər Nazirliyinin rəhbəri Monteneqrodan olan "Kavaç narkotik klanı"nın lideri Radoe Zvitser və cinayət təşkilatının digər liderlərinin hazırda qaçdığını, bu səbəbdən Prezident Vuçiçin təhlükəsizliyinin təhdid altında olduğunu qeyd edib.

“Bu narkotik patronlarının hər birinə aydındır ki, daxili işlər naziri öldürülərsə, bir-iki aydan sonra onu əvəz edəcəklər. Aleksandar Vuçiçə gəldikdə isə Serbiyanın siyasi sabitliyinə zəmanət verən, siyasi subyektlərin əksəriyyətini ətrafına birləşdirən və Serbiya vətəndaşlarının mütləq etibarına sahib olan siyasət adamını öldürəcəklər”, deyə nazir Vulin qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin