Avropa Birliyi Minskə səsləndi: “Ölüm hökmünü ləğv edin”

Hazırda oxunan: Avropa Birliyi Minskə səsləndi: “Ölüm hökmünü ləğv edin”

40985

AB-nin Belarusdakı Nümayəndəliyinin rəhbəri Dirk Şubel bəyan edib ki, Minsk ölüm hökmünün ləğvinə doğru hərəkət etməlidir.

Bizim.Media  xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.

"Belarusu ölüm cəzasının ləğvinə doğru addım atmağa çağırırıq. Ölkədə ədalətin və qanunun aliliyinin böyük vakuum yaratması moratoriumun tətbiqi üçün kifayət qədər bir səbəbdir" deyə diplomat bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Qazaxıstanda ölüm hökmü ləğv edildi


O xatırladıb ki, Belarus Avropada ölüm hökmünün tətbiq olunduğu yeganə ölkə olaraq qalır:

“Səlahiyyətlilər həmişə edamlar haqqında nadir hallarda məlumat verirdilər, amma prosedur son vaxtlar daha da gizli qalıb".

Qeyd edək ki, 1996-cı ildə Belarusda ümumxalq referendumu üçün edam cəzasının ləğvi məsələsi irəli sürülüb. Pleybissitdə iştirak edənlərin demək olar ki, 80,5% -i onun qorunmasına səs verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin