Ankara şəhərində Türkiyə və İran Xarici İşlər nazirliklərinin nümayəndə heyətləri arasında məşvərət görüşü keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Türkiyənin nümyəndə heyətinə xarici işlər nazirinin müavini Sədat Önal və İran təmsilçilərinə isə xarici işlər nazirinin müavini Əli Baqeri Kənin rəhbərlik ediblər.
Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı Suriya, Əfqanıstan, Qafqaz, Yəmən başda olmaqla regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılıb.
Bizim.Media
Political consultations between Turkey and Iran were held today in Ankara chaired by Deputy Minister Ambassador Sedat Önal and Deputy Minister of Foreign Affairs of #Iran Ali Bagheri Kani. @IRIMFA_EN pic.twitter.com/Lwn8qtRdou
— Turkish MFA (@MFATurkey) October 8, 2021