ABŞ-da həyat iflic olub - (VİDEO)

Hazırda oxunan: ABŞ-da həyat iflic olub - (VİDEO)

40810

Rumıniyada isə güclü külək 5 min nəfəri elektrik enerjisiz qoyub



Amerika Birləşmiş Ştatlarında cərəyan edən qarlı və şaxtalı hava kütlələri ölkənin cənub hissəsini də əsarət altına alıb. Əsasən, Corciya və Şimali Dakota ştatları qarın qar örtüyü və dondurucu soyuqlardan əziyyət çəkirlər. Məlumata görə, Atlanta şəhərində qarın qalınlığı bəzi bölgələrdə 2 metrə qədər çatıb. Yolların buz bağlaması ilə əlaqədar onlarla avtomobil ilişərək saatlarla yolda qalıb.

Atlanta meri Kasim Rid xilasedicilərin bəzi ucqar bölgələrə ərzaq, su və yanacaq daşındığı bildirib.

Ştat ərazisində, eyni zamanda Şimali Dakotada məktəblər və bəzi ictimai xidmət obyektləri fəaliyyətini dayandırıb.

Vəziyyətlə əlaqədar rəsmilər əhaliyə vacib olmadıqca evlərini tərk etməməyi tövsiyə ediblər.

Rumıniyada da qarlı və şaxtalı havalar hökm sürür.

Paytaxt Buxarestdə hökumət vəziyyətlə əlaqədar həyacan təbili çalıb. Milli Hava Xidmətinin proqnozlarına görə, bu gün və sabah ölkənin şərh hissəsində bəzi yerlərdə küləyin sürəti saatda 85 kilometrə çatacaq. Görüntü sahəsinin isə bir metrdən az olacağı gözlənilir.

Ölkənin cənubunda isə, güclü küləklər elektrik şəbəkələrini sıradan çıxarıb. Nəticədə 5000-dən çox insan enerji kəsintisi ilə üzləşib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin