Çexiyanın "Skoda Auto" şirkəti oktyabrın 18-dən başlayaraq bu ilin sonunadək ölkə ərazisindəki zavodlarda istehsalı azaldacağını və ya dayandırcağını elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.
Qeyd olunur ki, qərar avtomobillərin elektron komponentlərinin yığılması üçün tələb olunan yarımkeçiricilərin çatışmazlığı ilə əlaqədardır. Məlumata əsasən, istehsal prosesi Mlada-Boleslav şəhərində və Kvasina qəsəbəsində yerləşən üç zavod da məhdudlaşdırılır.
Şirkətdən bildiriblər ki, yeni avtomobillərin istehsalı dayandırılacaq, ilin sonunadək isə zavodlar anbarlarda qalan avtomobillərin yığılmasını başa çatdırmağa çalışacaq.
Xatırladaq ki, "Skoda" sentyabrın ortalarında da istehsalı bir həftəlik dayandırmışdı.
Bizim.Media