İranın Rusiyaya ixrac yolu da bağlandı - AÇIQLAMA

Hazırda oxunan: İranın Rusiyaya ixrac yolu da bağlandı - AÇIQLAMA

40759

Azərbaycan və Gürcüstan üzərindən Rusiyaya ixrac üçün quru yolla sərhədin bağlandığınıb.

Bizim.Media “Azad İran” Teleqram kanalına istinadən xəbər verir ki, bu barədə İran-Azərbaycan Birgə Ticarət Palatasının sədri Rəhim Vahabzadə deyib.

O bildirib ki, Rusiyaya Xəzər dənizi vasitəsilə gəmi ilə ixrac etmək məcburiyyətində qalıblar:

“Azərbaycan, eləcə də Gürcüstan üzərindən İranın quru sərhədlə Rusiyaya ixracı çətinliklə üzləşib və biz Rusiyaya Xəzər dənizi vasitəsilə gəmi ilə ixrac etməliyik.

"İndi kivi məhsulunun yığım mövsümüdür və Rusiyaya kivi ixracına böyük ümidlər bəsləyirdik. Çox təəssüf ki, belə hadisələr baş verdi”.

Rəhim Vahabzadə əlavə edib ki, Rusiya ərazisinə çıxış problemi ilə yanaşı, Ermənistana daxil olmaqda da bir sıra problemlərlə üzləşirlər:

“İran İslam Respublikasının Azərbaycandakı səfirliyi son həftələrdə iqtisadiyyat sahəsində fəallıq göstərirdi və hətta 20 gün əvvəl Azərbaycanın İqtisadiyyat naziri problemlərin həll olunacağına söz vermişdi, ancaq təəssüf ki, siyasi məsələlər bütün hesablamaları alt-üst etdi”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin