“Nə Rusiya, nə də Türkiyə "supergüc" olmayacaqlarını bilirlər, ancaq regional gücə cevrilmək istəyirlər”.
Bizim.Media xəbər verir ki, bu sözləri Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel Madriddə Yeni İqtisadiyyat Forumunda danışarkən deyib.
Belə ki, Aİ-nin ali nümayəndəsi indiki dövrdə dünyada bu və ya digər vəziyyətdən "faydalanmağa çalışan" bir qrup dövlətin olduğunu söyləyib:
“Rusiya, Hindistan və Türkiyə kimi əvvəllər imperiya olmuş və yenidən olmaq istəyən bir sıra dövlətlər var. Onlar arasından xüsusilə Rusiya və Türkiyənin adını çəkmək olar. Bunlar böyük dövlətlərdir, super güc olmayacaqlarını bilirlər, ancaq regional güc olmaq istəyirlər, hərbi gücə sahibdirlər və bundan istifadə etməyə hazırdırlar”, - deyə Borel qeyd edib.
Eyni zamanda, Aİ-nin ali nümayəndəsi Rusiya Federasiyasının "Avropa üçün fövqəladə əhəmiyyətə malik olduğunu" da sözlərinə əlavə edib.
Avropa diplomatiyasının rəhbəri hesab edir ki, Moskva ilə münasibətlərdə "balanslaşdırılmış mövqe tapmaq" və "bir çox istiqamətdə qarşılıqlı əlaqə yaratmaq" lazımdır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:48 / 08.10.2021
Cozef Borel: “Nə Rusiya, nə də Türkiyə supergüc olmayacaq”
Hazırda oxunan: Cozef Borel: “Nə Rusiya, nə də Türkiyə supergüc olmayacaq”
Hazırda oxunan: Cozef Borel: “Nə Rusiya, nə də Türkiyə supergüc olmayacaq”
0:00
0:00
40735
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.