Özünü peyğəmbər elan edən pakistanlı qadın Salma Tanvir edam olunacaq.
Bizim.Media xəbər verir ki, bu barədə “The İndepended” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, vaxtilə məktəb direktoru vəzifəsində çalışmış yalançı qadın peygəmbər iddia edir ki, Məhəmməd peyğəmbərin Allahın sonuncu elçisi olmasını inkar edən dini kitab yazıb.
Bu iddiasına görə, Salma məhkəmənin qərarı ilə edam və 50 min rupi (təxmini 1000 AZN) pul cəzasına məhkum olunub.
Pakistan qanunlarına görə, əgər tibbi ekspertiza Salma Tanvirin psixoloji xəstə olması barədə rəy verərsə o, edam cəzasından xilas ola bilər.
Onun vəkili məhkəmədə qadının həqiqətəndə xəstə olmasını sübut etməyə çalışsa da tibbi ekspertiza Salmanın tam sağlam olması barədə rəy verib.
Qeyd edək ki, Pakistan müsəlman ölkəsi olduğu üçün onun qanunları da islam dininə uyğun tərtib olunub. Ölkədə din və peygəmbərlərə qarşı səslənən hər hansı bir tənqidi fikir sərt şəkildə cəzalandırılır.
Vüsalə Balayeva, Bizim.Media