İngiltərə "Lester"inin futbolçusu Keleçi İheanaço Nigeriya millisinin düşərgəsində qalmaqal yaradıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Score Nigeria" nəşri informasiya yayıb. 25 yaşlı hücumçu ondan müsahibə götürmək istəyən müxbirə hücum çəkib.
Hadisə şahidlərinin sözlərinə görə, o, jurnalisti təpikləyərək kənara itələyib.
Nigeriya Futbol Federasiyası və İdman Jurnalistləri Assosiasiyası hələlik insidentlə bağlı rəsmi açıqlama verməyib.
Qeyd edək ki, İheanaço bu mövsüm "Lester" in heyətində bütün turnirlərdə 10 oyun keçirib, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
00:45 / 08.10.2021
Futbolçu jurnalisti döydü
Hazırda oxunan: Futbolçu jurnalisti döydü
Hazırda oxunan: Futbolçu jurnalisti döydü
40650
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.