Xəbər verdiyimiz kimi, erməni jurnalist, “Sputnik” və RT-nin baş redaktoru Marqarita Simonyan “Rossiya 1” telekanalının efirində deyib ki, “Təbii ki, Qars və Ağrı dağını (ermənilər “Ararat” deyir) geri qaytarmaq istəyirəm. Hansı ki, o ərazilər biabırçı Qars sazişindən əvvəl Rusiyanın tərkibində olub”.
Onun bu fikirləri Türkiyə mediasında və sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya “haberler.com” saytında yer alıb.
Mənbə yazır ki, Marqarita Simonyanın açıqlamalarını, xüsusilə Türkiyə televiziyalarının aparıcıları utancverici adlandırıb.
Bir müddət Moskva Dövlət Universitetində elmi işçi olaraq çalışan tarixçi və akademik Mehmet Perinçek Simonyanın mübahisəli açıqlamalarına sərt təpki göstərib. Twitter hesabında paylaşım edən Perinçek "Simonyanın riski çatırsa, bu sözləri “Sputnik Türkiyə” nəşrində altyazılarla yayımlasın. Bu, açıqlama təkcə Türkiyəyə qarşı deyil, həm də Rusiyaya qarşıdır" deyib.
Xatırladaq ki, Simonyan Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin “Əgər Ermənistanda çarın vaxtında olduğu kimi ciddi rejim olsa, Qarsı da, Ağrı dağını da geri qaytaracaqsınız.
Demokratların ümidinə qalsa isə Yerevanı da itirəcəksiniz” replikasına cavab olaraq əlavə edib ki, “Ararat” (Ağrı dağı) Ermənistanın əsas simvoludur.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:13 / 07.10.2021
Türkiyədən Marqarita Simonyana sərt REAKSİYA: “Açıqlamaları utancvericidir”
Hazırda oxunan: Türkiyədən Marqarita Simonyana sərt REAKSİYA: “Açıqlamaları utancvericidir”
Hazırda oxunan: Türkiyədən Marqarita Simonyana sərt REAKSİYA: “Açıqlamaları utancvericidir”
40595
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.