Qatilin kimliyi sosial mediada bəlli oldu – TƏFƏRRÜAT

Hazırda oxunan: Qatilin kimliyi sosial mediada bəlli oldu – TƏFƏRRÜAT

40497

ABŞ-ın Nyu-Cersi şəhərinin sakini üç qadınla tanış olaraq onları öldürüb. Şübhəlini üzə çıxarmaq üçün bir qurbanın dostları sosial mediada araşdırma apararaq onun yerini müəyyən ediblər. Nəticədə qatil məhkəmədə 160 il həbs cəzası alıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı AP agentliyi yayıb.

Mənbə yazır ki, 25 yaşlı Xəlil Uiller-Uiver Nyuark ştatının məhkəməsində hakim hökmünü verərkən sakitcə oturub. Hökmdən əvvəl qurbanların yaxınları - Robin Uest və Sara Butler tərəfindən emosional ifadələr işlənib.

Xəlil günahkar olduğunu inkar edib. 

Esseks qraflığının prokurorluğu Butlerin dostlarının polisə Xəlili tapmaqda kömək etmək üçün sosial mediadan istifadə etdiyini söyləyib. Onlar bir qadının sosial media hesabına daxil olaraq saxta hesab açıblar və  Uiller-Uiveri Monklerdə  görüşə çağırıblar və bu haqda polisə xəbər veriblər.

Həmin vaxt isə Xəlil polis tərəfindən ələ keçirilib.

Məhkəmədə qeyd edilib ki, qadınların cəsədləri 2016-cı ilin sentyabr-dekabr ayları arasında Nyu-Cersinin şimalında tapılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin