ABŞ-ın Florida ştatının Mayami-Deyd şəhərinin meri Daniella Cava və Aventura şəhərinin meri Enid Veysman 18 oktyabr Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar Bəyannamə imzalayıb.
Bizim.Media xəbər verir ki, şəhər merləri ölkəmizin 30 illik müstəqilliyi ilə əlaqədar Azərbaycan xalqını və ABŞ-da yaşayan Azərbaycan icmasını təbrik ediblər.
Onlar Florida ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının aktiv fəaliyyətini alqışladıqlarını deyib, təşkilatın sədri Töhfə Eminovaya təşəkkür ediblər.
Təşkilat şədri bildirib ki, yarandığı gündən ABŞ-da yaşayan Azərbaycan icmasının birliyini özündə təcəssüm etdirən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası Florida şəhərinin rəsmiləri ilə sıx əməkdaşlıq şəraitində çalışır:
“Ölkəmizin ən çətin günlərində birliyimiz və bərabərliyimiz üçün dayanmadan çalışdıq. Bu gün şəhər merlərinin bizi təbrik etməsi və icmamızın uğurlarını görməsi bizim üçün böyük uğurdur. Bu fəaliyyətimizi bundan sonra daha da inkişaf etdirəcəyik”.
Bəyannamə təşkilatın aktiv üzvlərindən olan Florida Beynəlxalq Universitetinin tələbəsi Aydın Eminova təqdim olunub.(report)
Bizim.Media