Qazaxıstan bu sahədə rus dilindən imtina etdi - SƏBƏB

Hazırda oxunan: Qazaxıstan bu sahədə rus dilindən imtina etdi - SƏBƏB

40387

Qazaxıstan vizual məlumatlar haqqında qanun layihəsinə dəyişiklik edəcək. Dəyişikliklərə görə, respublikadakı bütün lövhələr, işarələr, qiymət etiketləri və reklamlar qazax dilində olmalıdır. 

Bizim.Media xəbər verir ki, bu fikri Qazaxıstan Parlamentinin Sosial və Mədəni İnkişaf Komitəsinin üzvü Berik Abdıqaliuli səsləndirib.

Onun sözlərinə görə, işarələr yalnız "lazım gələrsə" rus dilində olacaq.

"Sputnik Qazaxıstan" saytının yazdığına görə, dövlət dili problemi hər kəsi narahat edir. Onların arasında qazax dilində əyani məlumat mətninin savadsız təqdimatı da var. Bəzi hallarda qazax dilində məlumat çatışmazlığı hiss olunur.

Abdiqaliulinin sözlərinə görə, inzibati ərazi vahidlərinin ənənəvi, tarixən qurulmuş qazax adlarının təsvir edilməsinə yönəlmiş dəyişikliklər edilib. Bu, yaşayış məntəqələrinə və digər coğrafi obyektlərə də aiddir.

Deputat əlavə edib ki, bu düzəlişlər Qazaxıstanı "dövlət dili statusu problemlərinin həllinə bir addım daha yaxınlaşdırmalıdır". Bu təkliflər hər bir vətəndaşın, xüsusilə sahibkarların məsuliyyətini gücləndirəcək.

Son illərdə Mərkəzi Asiya ölkələrində rus dilinin vəziyyəti daha da pisləşib. Qazaxıstanda yerli əhali arasında rusdilli vətəndaşları kameradan üzr istəməyə məcbur edən dil reydləri keçirilib. 

Özbəkistanda da rus dilinə qarşı çıxmağa başlayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin