Rusiya rəsmi təbliğatçılarından Qars və Ağrı dağı TƏLƏBİ - VİDEO

Hazırda oxunan: Rusiya rəsmi təbliğatçılarından Qars və Ağrı dağı TƏLƏBİ - VİDEO

40324

“Təbii ki, Qars və Ağrı dağını (ermənilər “Ararat” deyir)  geri qaytarmaq istəyirəm. Hansı ki, o ərazilər biabırçı Qars sazişindən əvvəl Rusiyanın tərkibində olub”.

Bizim.Media xəbər verir ki, bu fikirləri erməni jurnalist Marqarita Simonyan “Rossiya 1” telekanalının efirində Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin “Əgər Ermənistanda çarın vaxtında olduğu kimi ciddi rejim olsa, Qarsı da, Ağrı dağını da geri qaytaracaqsınız. Demokratların ümidinə qalsa isə Yerevanı da itirəcəksiniz” replikasına cavab olaraq deyib.

“Mən kifayət qədər imperiya düşüncəli, rus şüurlu adamam. Hər şeyi geri qaytarmaq istərdim”, deyə o, əlavə edib.

“Daha biabırçı olan isə Brest müqaviləsinə görə Rusiya torpaqlarının böyük bir hissəsinin itirilməsidir” Marqarita Simonyan belə deyib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin