Azərbaycanlı rejissorun filmi Sürixdə nümayiş etdirildi

Hazırda oxunan: Azərbaycanlı rejissorun filmi Sürixdə nümayiş etdirildi

0:00
0:00
40313

İsveçrədə fəaliyyət göstərən “Azərbaycanın Dostları” Birliyinin təşkilatçılığı ilə Sürix şəhərində azərbaycanlı rejissor İlqar Nəcəfin "Nar bağı" adlı bədii filmi nümayiş etdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Bizim.Media-ya bildirilib ki, filmin nümayişindən öncə Birliyin sədri Arzu Əliyeva-Bodmer çıxış edib, ekran əsərinin Anton Çexovun məşhur “Albalı bağı” pyesinin motivləri əsasında çəkildiyini deyib.

Diqqətə çatdırılıb ki, filmin dünya premyerası Çexiyanın Karlovı Varı Beynəlxalq Film Festivalının “Qərbin Şərqi” müsabiqə proqramı çərçivəsində gerçəkləşdirilib.

Film 2021-ci ilin fevralında Bazel şəhərində keçiriləcək “Cinema querfeld” festivalında Azərbaycan dilində və alman altyazısı ilə nümayiş etdiriləcək. Filmin alman dilində altyazısı “Azərbaycanın Dostları” Birliyinin təşəbbüsü ilə hazırlanıb.

Qeyd edək ki, “Azərbaycanın Dostları” Birliyi son 6 il ərzində mütəmadi olaraq müxtəlif filmlərimizi “Cinema querfeld” festivalına təqdim edib.

Birlik hesab edir ki, zəngin mədəniyyət və incəsənətimizi təbliğ etmək, xaricdə vətənimizi tanıtmaq məqsədilə belə addımların atılması çox böyük əhəmiyyət kəsb edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin