Çeçenistanın seçilmiş başçısı Ramzan Kadırov andiçmə mərasimində çıxış edərkən göz yaşı töküb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” agentliyi yayıb.
Çıxış zamanı siyasətçi atası, Çeçenistanın ilk prezidenti Axmat Kadırovun adını çəkib.
"Respublikanın dinc, sağlam və gözəl gələcəyi üçün əlimdən gələni edəcəyəm. Həqiqətin qalib gələcəyini deyən atamın sözlərini təkrarlamağı xoşlayıram”, deyə Kadırov göz yaşı töküb.
Tədbirin qonaqları bölgə başçısına alqış sədaları altında dəstək olublar.
"Bu günə baxanda başa düşürəm ki, Axmat hacının söylədiyi həqiqət qalib gəldi" deyən Kadırov Çeçen xalqının və Rusiya Prezidenti Vladimir Putinin etimadını doğrultmaq niyyətində olduğunu vurğulayıb.
Kadırov rəsmi olaraq oktyabrın 5-də 45 yaşının tamam olduğu gün regional parlamentin iclasında vəzifəyə başlayıb.
Rus və çeçen dillərində and içib. Sentyabrın 17-dən sentyabrın 19-dək keçirilən seçkilərin nəticələrinə görə, 2007-ci ildən bölgəyə rəhbərlik edən Ramzan Kadırov yenidən Çeçenistan Respublikasının başçısı seçilib. Seçicilərin 99,7 faizi ona səs verib. “Vahid Rusiya” partiyasından namizədliyini irəli sürüb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:30 / 05.10.2021
Ramzan Kadırov çıxışı zamanı göz yaşı tökdü - VİDEO
Hazırda oxunan: Ramzan Kadırov çıxışı zamanı göz yaşı tökdü - VİDEO
Hazırda oxunan: Ramzan Kadırov çıxışı zamanı göz yaşı tökdü - VİDEO
40264
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.