Ərdoğan: "Cenevrə-2 konransından da bir nəticə çıxmazsa..."

Hazırda oxunan: Ərdoğan: "Cenevrə-2 konransından da bir nəticə çıxmazsa..."

40263
Suriyaya dair "Cenevrə-2" konfransından da bir nəticə çıxmasa, bunun məsuliyyəti konfransa qatılanların üzərində olacaq. Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Belçikaya səfəri zamanı Avropa Parlamentinin sədri Martin Şultsla görüşündən sonra birgə mətbuat konfransında deyib.  
"Bu Cenevrə-2 konfransından bir nəticə gözləyirik. Buradan çıxacaq nəticənin əhəmiyyətli olacağını hesab edirəm. Əgər buradan bir nəticə çıxmasa, inanıram ki, bu, Cenevrə-2 konfransına qatılanların məsuliyyəti olacaq. Bu, BMT kimi bir nöqtə ola bilər. BMT-nin Təhlükəsizlik Şurasının atmalı olduğu addımlar ola bilər. Bu məsələdə Türkiyə olaraq, atmalı olduğumuz addımlar istiqamətində təşəbbüslər göstəririk".  Ərdoğan Suriyada vətəndaş müharibəsi başlayandan bəri 700 mindən çox suriyalı qaçqının Türkiyədə yerləşdirildiyini, Avropa Birliyi ölkələrində isə 60 min suriyalının məskunlaşdığını bildirib. Onun sözlərinə görə, Türkiyə təkbaşına suriyalı qaçqınlara 2 milyard dollardan çox vəsait xərcləyib, BMT-dən isə müvafiq xərclər üçün Türkiyəyə yalnız 130 milyon dollar yardım edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin