“Facebook”un işləməməsinə səbəb bu qəza imiş – Detallar açıqlandı

Hazırda oxunan: “Facebook”un işləməməsinə səbəb bu qəza imiş – Detallar açıqlandı

40156

Facebook-da baş verən “qəza” magistral marşrutlaşdırıcılarda konfiqurasiya dəyişiklikləri şəbəkəsinin kəsilməsi nəticəsində baş verib. 

Bizim.Media xəbər verir ki, bu barədə RİA Novosti agentliyi şirkətin mühəndislər qrupuna istinadən məlumat yayıb.

"Məlumat mərkəzlərimiz arasında şəbəkə trafikini əlaqələndirməkdə məsul olan əsas yönləndiricilərindəki konfiqurasiya dəyişiklikləri problemlərlə üzləşdi", - yazıda deyilir.

Şirkət şəbəkə trafikindəki bu pozuntunun məlumat mərkəzlərinə təsir göstərdiyini və xidmətlərin işləməməsinə səbəb olduğunu deyib.
 

Eyni zamanda şirkət vurğulayıb ki, Facebook, Instagram, eləcə də “WhatsApp”da istifadəçilərin məlumatları “oğurlanmayıb”.


Xatırladaq ki, Facebook, Instagram, WhatsApp və şirkətə məxsus bir sıra digər tətbiqlər, bazar ertəsi günü təxminən yeddi saat ərzində istifadəçilər üçün əlçatmaz olub. Nəticədə şirkətin səhmi 5 faiz aşağı düşüb və Mark Zucqerberg 7 milyard dollar itirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin