4 oktyabr axşam saatlarından etibarən dünya miqyasıda facebook, whatsapp və instagram sosial şəbəkələrindən istifadə imkanları məhdudlaşdırılıb. Baş verən problemlə bağlı Facebook artıq öz rəsmi tvitter səhifəsində üzrxahlıq mesajı yayımlayıb.
Sosial şəbəkələrdə yaşanan bu ani və uzun müddətli məhdudiyyətin nədən qaynaqlandığı məlum olmasa da artıq baş verənlər barədə bəzi spekulyativ məlumatlar yayımlanır.
MÖVZU İLƏ BAĞLI:
Facebook üzr istədi
Mütəxəssislər son illərdə facebook və onunla əlaqəli digər sosial şəbəkələrdə bu həcmdə problemin meydana çıxmadığına diqqət çəkir.
Bu amil isə öz növbəsində yaranmış məhdudiyyətin hər hansı texniki xətadan və yenilənmədən qaynaqlanmadığı, daha ciddi səbəbləri olduğu ilə bağlı şübhələri artırır.
Xüsusilə sosial şəbəkələrə qlobal miqyasda haker hücumu əsas ehtimallar sırasında yer alır.
Sosial şəbəkələrin kimlər tərəfindən hədəf alındığı barəsində isə hələlik hər hansı məlumat yer almayıb.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya və Çin kimi dövlətlər facebook və onunla əlaqəli sosial şəbəkələrin güvənli olmadığı üçün öz məlumat bazasına malik yerli sosial şəbəkələrin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlərini gücləndirmişdi.
Bizim.Media