Kraliça II Yelizaveta keçən həftənin sonu Şotlandiya parlamentinin altıncı iclasının açılış mərasiminə qatılıb. Burada ilk dəfə ölümündən sonra əri haqqında danışıb və bu yayı Şahzadə Filip olmadan Balmoral qalasında keçirib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Britaniya mətbuatı yayıb.
Mənbə yazır ki, mərasimdə çıxış edən II Yelizaveta mərhum şahzadə ilə bölüşdüyü Şotlandiya sevgisindən bəhs edib:
“Mənim və Şahzadə Filip üçün bura əzizdir. Çoxlu xatirələrimiz var. Buranı xüsusi edən məhz insanlardır”.
II Yelizaveta zümrüd rəngli yun palto və çiçək naxışlı qızılı rəngdə don geyinib. Kraliça üst geyiminə uyğun şlyapa da taxıb.
Xatırladaq ki, Şahzadə Filip 73 il Yelizaveta ilə birlikdə yaşayıb: onların toyu İkinci Dünya Müharibəsi bitdikdən sonra ilk kral bayramı olub.
Bizim.Media