Fransadan Azərbaycana XƏYANƏT - Qarabağın müstəqilliyini tanıyacaq? – FOTO

Hazırda oxunan: Fransadan Azərbaycana XƏYANƏT - Qarabağın müstəqilliyini tanıyacaq? – FOTO

40045

Fransa Qarabağın müstəqilliyini tanıya bilər. 

Bizim.Media xəbər verir ki, bunu Paris meri Anne Hidalgo Twitter-də elan edib və Fransanın ən məşhur publisistlərindən biri oaln Bernard-Henri Levidən sitat gətirib: “Mən Levi ilə tamamilə razıyam: Fransa Qarabağı tanıya bilər".

Levi Fransanın aparıcı nəşrlərində və televiziya proqramlarında ölkənin sosial problemləri, həmçinin antisemitizm haqqında müntəzəm olaraq danışır.

Önəmli hesab etdiyi başqa bir mövzu Yaxın Şərqdə və dünyada xristianlara kömək etməkdir.

Levi qeyd edib ki, Fransız yazıçısı Maurice Genevoisin (Birinci Dünya Müharibəsi veteranı, ən məşhur humanist və anti-faşist yazıçılardan biri) külünün Panteonda dəfn edildiyi günlərdə Qarabağ cəhənnəmdə, azərbaycanlıların davamlı atəşi altında idi.

Onun sözlərinə görə, türk imperializminin məqsədi Aralıq dənizində, Balkanlarda, Qafqazda və onun hüdudlarından kənarda yaşamaq sahəsini genişləndirməkdir. Yaralı “Artsax” Respublikasını tanıyan ən azı bir ölkə olmalıdır”.

Xatırladaq ki, hələ ötən ilin noyabrında Paris meri Qarabağın müstəqilliyinin tanınması üçün çıxış etmişdi.

Üstəlik, 2020-ci ilin payızında Fransa parlamentin aşağı palatası və Senatı (parlamentin yuxarı palatası) ölkə hökumətini Qarabağın müstəqilliyini tanımağa çağıran qətnamələr qəbul ediblər.

Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin