“New York Times”dan şok iddia

Hazırda oxunan: “New York Times”dan şok iddia

39940

Moderator.az xəbər verir ki, ABŞ-ın  xaricindəki ölkələrdə reallaşdırdığı plana əsasən yayılan bütün kompüterlərə cihazlar vasitəsi ilə  casus proqram yerləşdirilir. Bu haqda məlumatı NSA sənədləri və mütəxəssislərə istinadən  New York Times” qəzeti yayıb.

NSA-nın məlumatına görə,  bəzi kompüterlər  internetə bağlanmasa belə casus proqramı bir şəkildə yüklənərək internet çıxışı olmayan kompüterlərin içində olan məlumatlara də çata və bunları dəyişdirə bilir.

NSA-nın 2008-ci ildə bu tərəfə  tətbiq etdiyi və radio tezliklərdə  istifadə etdiyi   texnologiyalar buna imkan verir. Kompüter internetə bağlı olmasa belə kilometrlərlə uzaqdan radio tezlikləri Ağlar və ya USB kartları ilə gizlicə yerləşdirilmiş proqramları işə salmaq olur.

Bəzi hallarda çanta  böyüklüyündəki bir cihaz müəyyən bir məsafədən saniyədən daha az bir müddətdə radio dalğalarla,  hədəflənmiş kompüterə məlumat yüklədiyi, məlumat aldığı və  ya məlumatları dəyişdirdiyi bildirilir.

Bu proqramın agentlər tərəfindən gizlicə kompüterə yükləyə bildiyi kimi, xüsusilə dizüstü kompüterlərin istehsalı ya da yük ilə göndərilməsi zamanı da kompüterlərə yerleştirildiyi qeyd edilir.

Xəbərdə  ABŞ-ın bu texnologiya ilə məlumat yığdığı ən əhəmiyyətli hədəfləri arasında Çin ordusu , Rus ordusu , Meksika polisi və narkotik kartellər , AB-nin iqtisadi qurumları , Səudiyyə Ərəbistanı , Hindistan və Pakistan kimi ölkələrin dayandığı bildirilir.

Dünya üzrə 100 min kompüterə yerləşdirildiyi bildirilən casus proqramın ABŞ-ın özündə hər hansı bir kompüterə yerləşdirildiyinə rast gəlinmədiyi qeyd edilir.

Xəbərdə  yalnız kompüterlərin deyil , ağıllı telefonlar və digər  cihazların da Çində  istehsal olunmasına baxmayaraq, onlara da  NSA tərəfindən bu casus proqramın yerləşdirilə biləcəyi yazılır.

Prezident Barak Obamanın cümə günü  ABŞ-ın uzun müddətdir dünya gündəmini məşğul edən qlobal casusluq fəaliyyətlərinin mərkəzində iştirak edən NSA-nın fəaliyyətində ediləcək dəyişikliklərə bağlı açıqlama verəcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin