Taliban “ölüm batalyonu”nu Çin və Tacikistanla sərhədə göndərdi

Hazırda oxunan: Taliban “ölüm batalyonu”nu Çin və Tacikistanla sərhədə göndərdi

39922

Taliban hərəkatı sərhədlərə xüsusi "ölüm batalyonu"nu göndərib.

Bizim.Media “gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə “Khaama Press” nəşri Nisar əyalətinin qubernatorunun müavini Əhməd Əhmədiyə istinadən yayıb.

Mənbə yazır ki, batalyon Əfqanıstanın şimal-şərq sərhədlərində, Bədəxşan əyalətində yerləşəcək.
 

MÖVZU İLƏ BAĞLI:

"Taliban" ABŞ-a xəbərdarlıq etdi 


O, batalyonun Taliban tərəfindən əvvəlki Əfqanıstan hökumətinin təhlükəsizlik qüvvələrinə hücum etmək üçün də istifadə ediləcəyini söyləyib.

Batalyonun adı "Lashkar-e-Mansuri" və ya "Mansur Ordusu"dur.  Xüsusi dəstənin göndərildiyi Bədəxşan əyaləti Pakistan, Tacikistan və Çinlə sərhəddə yerləşir.

"Onlarsız ABŞ-ın məğlubiyyəti mümkün olmazdı. Bu cəsur adamlar partlayıcı jilet taxaraq ABŞ-ın Əfqanıstandakı bazalarını məhv edib. Bunlar qorxu bilməyən insanlardır” deyə Əhmədi qeyd edib.
 

Xatırladaq ki, Taliban 15 avqust 2021-ci ildə Əfqanıstan üzərində tam nəzarəti elan edib. Taliban ölkənin bütün böyük şəhərlərini və sərhəd keçidlərini ələ keçirib. Sonradan silahlılar ölkədə tam qələbə çaldıqlarını deyiblər və yeni hökumət qurublar.


31 avqust 2021-ci ildə Amerika Birləşmiş Ştatları Əfqanıstandakı 20 illik hərbi missiyasını tamamlayaraq hərbi kontingentini tamamilə geri çəkib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin