Ölkə tarixində ilk dəfə olaraq Qətər əhalisi Aş-Şura Məclisinə deputatlar seçib (parlament funksiyalarına malik olan məsləhət şurası).
Bizim.Media “RİA Novosti” agentluyinə istinadən xəbər verir ki, bunu seçki nəticələri yekunlaşdıqdan sonra keçirdiyi mətbuat konfransında müşahidə komissiyasınən sədri Məcid al-Huleyfi bildirib.
Onun sözlərinə görə, heç bir qadın namizəd qalib gələ bilməyib. Parlamentdəki 30 yeri kişilər tutub.
Aş-Şura Məclisinə seçkilər, keçən il çoxsaylı gecikmələrdən sonra səsvermə keçirməyə qərar verən ölkənin əmiri Tamim bin Həməd Al Taninin fərmanına əsasən şənbə günü keçirilib.
"Seçkilərdə iştirak 63,5% olub. 26-sı qadın olmaqla 30 yer üçün 233 namizəd müraciət edib" deyən əl-Huleyfi 30 seçki dairəsində qaliblərin adlarını sadalayıb.
Bizim.Media