Avropalılar indi evdə daha az vaxt keçirirlər. Bunu aparılan müxtəlif tədqiqatların nəticəsi ortaya qoyub.
Bizim.Media xəbər verir ki, monitorinqlərə görə, Avrozonada pandemiyadan əvvəlki vaxtlarda olduğu kimi alış -veriş edilir, kafe və restoranlarda yemək yeyilir, səyahət edilir və kinoteatrlara gedilir.
Sentyabr ayının göstəriciləri bəzi bədbin iqtsisadi proqnozların üstündən xətt çəkməyə əsas verib.
Məlumatlarına görə, son üç ayda tam peyvənd edilənlərin sayının iki dəfə artması fonunda iqtisadi fəallıq, istehlakçı güvəni artıb. Məktəblər yenidən açılıb, məşğul əhali ofislərinə qayıdıb. Bir çox şirkətlərin gəlirləri demək olar ki, pandemiyadan əvvəlki səviyyəyə qayıdıb.
Hazırda Avrozonada hava limanlarından və ictimai nəqliyyatdan istifadə 2020-ci ilin əvvəlindən indiyədək ən yüksək səviyyəyə çatıb.
“S&P” -nin baş iqtisadçısı Marion Amiot Avropada iqtisadi mənzərəni belə dəyərləndirib:
“Alış –verişin atması, restoranlara və kinoteatrlara gedənlərin sayının çoxluğu istehlakçıların indi daha inamlı olduğunu göstərir".
“Box Office Mojo” kinoteatr gəlirlərinin artıq pandemiyadan əvvəlki səviyyəyə qayıtdığını açıqlayıb.
Xatirə, Bizim.Media
- A-
- A
- A+
Dünya
11:14 / 02.10.2021
Avropa pandemiyadan əvvəlki həyatına qayıdıb – MONİTORİNQ
Hazırda oxunan: Avropa pandemiyadan əvvəlki həyatına qayıdıb – MONİTORİNQ
Hazırda oxunan: Avropa pandemiyadan əvvəlki həyatına qayıdıb – MONİTORİNQ
39787
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.