Serbiya və Kosovo iki ölkə sərhədində yaranan böhranı həll etmək üçün razılığa gəliblər.
Bizim.Media xəbər verir ki, Avropa İttifaqının (Aİ) Belqrad-Priştina Dialoqu üzrə xüsusi nümayəndəsi Miroslav Layçak iki ölkənin bu məsələdə razılaşdığını açıqlayıb.
Razılığa əsasən, Kosovo xüsusi təyinatlıları (ROSU) sərhəddən geri çəkəcək. Lakin nəqliyyat vasitələrinin dövlət nömrə nişanları ilə bağlı mübahisə hələlik öz həllini tapmayıb.
Bildirilir ki, Kosovo hazırda Jarinje və Brnjak sərhəd-keçid məntəqələrində yerləşdirilən xüsusi polis bölmələrini oktyabrın 2-də geri çəkəcək. Əraziyə NATO-nun Kosovodakı sülhməramlı qüvvələri yerləşdiriləcək, təhlükəsizliyi və hərəkətin sərbəstliyini qorumaq üçün təxminən iki həftə orada qalacaq.
Gələn həftədən etibarən sərhəd-keçid məntəqələrində hər bir ölkənin nəqliyyat vasitələrinin nömrələrindəki dövlət rəmzlərinin üzərinə etiketlər yapışdırılacaq.
Avtomobil nömrələri ilə bağlı məsələdə uzunmüddətli həll tapmaq üçün Aİ, rəsmi Belqrad və Priştina nümayəndələrindən ibarət işçi qrupu yaradılacaq. İşçi qrupunun ilk iclası oktyabrın 21-də Brüsseldə keçiriləcək.
Serbiya Prezidenti Aleksandr Vuçiç ölkəsinin razılaşmadan məmnun olduğunu söyləyib. Bildirib ki, ən mühüm məsələ iki ölkə sərhədində Kosovo xüsusi təyinatlılarının çıxarılması idi.
Kosovonun Baş naziri Avdulla Xoti Serbiyaya məxsus nəqliyyat vasitələrinin nömrələrində olan bütün dövlət rəmzlərinin üzərinin örtüləcəyini deyib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
03:30 / 02.10.2021
Serbiya və Kosovo sərhədd böhranını həll edir? - RAZILIQ VAR
Hazırda oxunan: Serbiya və Kosovo sərhədd böhranını həll edir? - RAZILIQ VAR
Hazırda oxunan: Serbiya və Kosovo sərhədd böhranını həll edir? - RAZILIQ VAR
39764
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.