Hitler Eyfel qülləsinə niyə qalxa bilməyib? – Maraqlı FAKTLAR

Hazırda oxunan: Hitler Eyfel qülləsinə niyə qalxa bilməyib? – Maraqlı FAKTLAR

39690

1600-cü ildə Perudakı vulkan püskürməsi Rusiyada 2 milyon insanın ölümünə səbəb olub. 

Bizim.Media xəbər verir ki, atmosferdə külün toplaşması “xırda buzlaşma dövrü”nə səbəb olub. Bunun nəticəsində isə kəndlərdə məhsul yığımı yox dərəcəsinə enib.

Boris Qodunovun hakimiyyəti illərində “Böyük aclıq” yaşanır və bu da külli insan ölümlərinə səbəb olub.

Fransa Avropanın yeganə ölkəsidir ki, özünü əsas qida məhsulları ilə təmin etmək iqtidarındadır.

Əgər atom partlayışından sonra bulud görsəniz, əlinizi ona tərəf uzadın və yumruğunuzu sıxıb (əla forması) baş barmağınızı qaldırın. Bulud barmağınızdan böyükdürsə, siz şüalanma zonasındasınız. Təcili evakuasiyaya ehtiyac var.

Yaponiya ABŞ-dan düyü idxal edir. Amma Tokio bunu təkcə Beynəlxalq Ticarət Təşkilatının şərtlərinə əməl etmək üçün reallaşdırmır. O düyünü yaponlar yemir. Amerikadan alınan düyü humanitar yardım adı ilə Şimali Koreyaya göndərilir. Düyünün qalan hissəsi ilə donuzlar yemlənir. Digərləri isə anbarda çürüyür.

II Dünya Savaşında Hitler Parisə gələndə fransızlar Eyfel qülləsinin bütün elektrik kabellərini kəsib qülləni qaranlığa qərq ediblər. Onlar istəmirdilər ki, Hitler ora çıxıb Parisə baxsın. Buna görə də fransızlar öyünür ki; “Hitler Fransanı tutsa da, Eyfel qülləsini ələ keçirtmək onun başı üçün deyil”.

2006-cı ildə Orlando şəhərinin sakini Klaudiya Mehiya doğuş üçün hospitala yollanır və palatada oyananda görür ki, onun əlləri və ayaqları kəsilib. Həkimlər amputasiyanın səbəblərini açıqlamayıblar ki, bu, digər xəstələrin hüquqlarını pozmaqdır. Deyilənə görə amputasiyaya səbəb başqa pasientlərdən yolxucu xəstəliyin Klaudiyaya keçməsi olub.

Vilnüsdə (Litva) Ujupis adlanan rayon var. Həmin rayon özünü müstəqil elan edib və öz bayrağı, valyutası, prezidenti, nazirlər kabineti, hətta ordusu mövcuddur.

Hindistan maharaccalarından biri olan Can Sinqx bir dəfə Londonda “Rolls-Royce” avtosalona daxil olur. Lakin ona deyirlər ki, buradakı maşınlar sizin cibinizı uyğun deyil. Hindistanlı oliqarx acığa maşınlardan 10 ədəd alır və vətəninə aparır. Həmin “Rolls-Royce”lar Hindistanda zibil daşıyan maşın kimi istifadə olunub.

Başqa maraqlı faktlar haqqında da bilmək istəyirsinizsə, saytımıza daxil olmağı unutmayın.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin