Prezidentin qızının milyonluq sərvəti üzə çıxıb

Hazırda oxunan: Prezidentin qızının milyonluq sərvəti üzə çıxıb

39582


Özbəkistan prezidenti İslam Kərimovanın mühacirətdə olan qızı Gülnarə Kərimovanın İsveçrədəki villası hüquq müdafiəçiləri qrupu tərəfindən ələ keçirilib.

Moderator.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Gülnarə Kərimovanın 2500 kvadrat metrlik Cenevrə gölünün sahilində yerləşən villası hüquq müdafiəçilərinin təəccübünə səbəb olub. Belə ki, hüquq müdafiəçiləri boş olan villadan 60 dənə sənətkarlığın şah əsəri hesab olunan şəkil aşkar ediblər. Bununla yanaşı villada "Gülü" adlı dizayn markalı qiymətli zərgərlik əşyaları və aksessuarlar aşkar edilib. Hüquq müdafiəçilərinin verdikləri məlumata görə, Gülnarə Kərimovanın təxəllüsü "Googoşa" olub. Gülnarə Kərimovanın sərvətinin siyahısı belədir: "Gülnarənin 2009-cu ildə aldığı 18,2 milyon dollar dəyərində villa və bacısı Lola üçün Parisdə aldığı 53 milyon dollar dəyərində villa sərvətin siyahısına daxil edilib".






© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin