Ərdoğan Baydenə səsləndi: “Təyyarələrimizi ya da pulumuzu geri qaytarın”

Hazırda oxunan: Ərdoğan Baydenə səsləndi: “Təyyarələrimizi ya da pulumuzu geri qaytarın”

39529

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara ilə Vaşinqton arasındakı əlaqələrdəki müsbət tendensiyaları açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Türkiyə mətbuatı yayıb.

Mənbə yazır ki, Türkiyə liderinin 30-31 oktyabr tarixlərində Romada keçiriləcək G20 sammitində və 1-12 noyabr tarixlərində Qlazqoda keçiriləcək iqlim zirvəsində amerikalı həmkarı Co Baydenlə görüşü planlaşdırılıb.

Daha əvvəl Ərdoğan demişdi ki, Bayden ABŞ Prezidenti olaraq vəzifəyə başlayandan sonra yaxşı başlanğıc əldə edilməyib.

Türkiyə lideri Amerika Prezidenti ilə Suriyadakı vəziyyəti və hərbi əməkdaşlığı müzakirə etməyi planlaşdırdığını qeyd edib.

"Ən yeni F-35 qırıcıları almaq (Saziş Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alması səbəbiylə ABŞ tərəfindən ləğv edilib) üçün 1,4 milyard dollar ödədik. Biz pul səpələyən ölkə deyilik. Asanlıqla pul qazanmırıq. Təyyarələrimizi ya da pulumuzu geri qaytarsınlar” deyə Ərdoğan əlavə edib

Xatırladaq ki, sentyabrın 29-da Soçidə Rusiya və Türkiyə prezidentləri - Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar aparılıb.

2 saat 45 dəqiqə davam edən uzun bir söhbət əsnasında tərəflər Suriya, Əfqanıstan, Liviya və Qarabağ da daxil olmaqla geniş miqyaslı regional problemləri müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin