Siyasətçilərin övladları dava saldılar

Hazırda oxunan: Siyasətçilərin övladları dava saldılar

39369
Çavçavadze prospektindəki "Prospekt" restoranının yanında baş vermiş davada məşhur siyasətçilərin - Gürcüstanda prezidentliyə keçmiş namizəd Levan Qaçeçiladzenin, sabiq baş nazir Zurab Jvaniyanın və keçmiş nazir Niki İvanişvilinin övladları iştirak ediblər.

Trend-in "Rustavi-2" telekanalına istinadən verdiyi məlumata görə, Rati İvanişvili yüngül bədən xəsarətləri alıb və ona ilk tibbi yardım göstərilib. Davanın səbəbləri məlum deyil.

Restoran işçilərinin sözlərinə görə, gənclər içkili vəziyyətdə olublar. Onların arasında münaqişə hələ restoranda başlayıb.

Gürcüstan DİN baş verən hadisə ilə bağlı hələlik rəsmi məlumat verməyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin