“Instagram” gənclərin intiharında ittiham olundu – “Facebook” geri çəkildi

Hazırda oxunan: “Instagram” gənclərin intiharında ittiham olundu – “Facebook” geri çəkildi

39363

“Facebook” şirkəti çoxsaylı istifadəçi tənqidlərindən sonra 13 yaşdan kiçik uşaqlar üçün “İnstagram” versiyasının hazırlanmasını hələlik dayandırır.

Bizim.Media xəbər verir ki, şirkətdən bu barədə açıqlama verilib. 

Lakin “Facebook” səlahiyyətliləri "İnstagram Kids'in yaradılmasının  doğru hesab etdiklərini də qeyd ediblər:

“İnstagram Kids”-in  yaradılmasının doğru qərar olduğuna inansaq da, “İnstagram” və ana şirkət “Facebook” daha sonra layihəni yenidən qiymətləndirəcək. “İnstagram” gələcəkdə yeniyetmələrin təhlükəsizliyini qorumağa və onlar üçün valideyn nəzarətini genişləndirməyə fokslanmağa davam edəcək”. 

Qeyd edək ki, “Facebook” - un bu siyasətinə “Wall Street Journal” – ın “İnstagram”ın gənclər üçün təhlükələri barədə araşdırması səbəb olub. 

Araşdırma müəlifləri intihar edən Böyük Britaniyalı gənclərin 13, ABŞ-lı gənclərin isə 6% -nin psixi sağlamlığının pisləşməsini “İnstagram”la əlaqələndirilib.

Xatirə, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin