Şahzadə Diana 23 il əvvəl faciəvi şəkildə həyatını itirsə də dünya mətbuatında ən çox müzakirə edilən və sirli insanlardan biri olaraq qalır. Bu günlərdə Şahzadə Diana yenidən gündəm mövzusu olub.
Buna səbəb Britaniya monarxiyasının həyatından bəhs edən "The Crown" serialında onun hər kəs tərəfindən gözlənilən obrazının görünüşü olub.
Bolqar Şahzadəsi Kiril, Şahzadə Diana və Valentino Garavani
Məşhur Valentino moda evinin həmtəsisçilərindən biri olan Giancarlo Giammetti, "İnstagram" səhifəsində Uels Şahzadəsi Diananın heç yerdə görünməmiş fotolarını paylaşıb. Diana, 1990-cı ilin sentyabrında İtaliya sularında çəkilən fotoşəkildə Giammetti və Preslav Şahzadəsi Kiril ilə yaxtada görüntülənir.
Digər bir şəkildə isə şahzadə Diana iştirak etdiyi bir tədbirdə moda dizaynerlərini salamladığı yerdə görüntülənir.
Şahzadə Diana o zaman Çarlz ilə evli olsa da ayrı yaşayırdılar. Fotoşəkil çəkilən vaxt Şahzadə Çarlzın Kamilla Parker Boyles ilə münasibət qurduğu məlum olub. Şəhzadə Diana isə Ceyms Hevitt adlı bir zabitlə yaşayırmış.
Ancaq Diananın Hevitt ilə münasibətləri 1999-cu ildə ikincinin iş təyinatı ilə bağlı Almaniyaya göndərilməsindən sonra başa çatıb.
Giancarlo Giammettinin bu paylaşımı hər kəs tərəfindən çox maraqla qarşılanıb.
Yusibli Səkinə, Bizim.Media