İbrahim Kalın: "Azərbaycan təcavüzkar münasibət göstərmədi, bu ölkə zəfərə layiqdir"

Hazırda oxunan: İbrahim Kalın: "Azərbaycan təcavüzkar münasibət göstərmədi, bu ölkə zəfərə layiqdir"

39239

Qarabağın azad edilməsi Azərbaycan torpaqlarının bütövlüyünün qorunması baxımından tam bir uğurdur. 

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının sözçüsü İbrahim Kalın deyib. 

Kalın bildirib ki, Azərbaycan hər zaman bu məsələdə məsuliyyətlə hərəkət edib: 

"Azərbaycan təcavüzkar münasibət göstərmədi, beynəlxalq hüquqa uyğun hərəkət etdi. Bu ölkə zəfərə layiqdir. Burada Türkiyə ilə əməkdaşlıq, həmişə dediyimiz kimi "İki dövlət, bir millət" nümunələrindən biri idi". 

Ermənistanla normallaşmağa müsbət baxdıqlarını ifadə edən Kalın əlavə edib:

"Ermənistanla diplomatik əlaqələrimizi kəsməyimizin və sərhədləri bağlamağımızın əsas səbəbi Qarabağın 1992-ci ildə işğalı idi. Hazırda bu problem həllini tapdıqdan sonra Ermənistanla münasibətlərimizin normallaşmasına heç bir maneə yoxdur. Ancaq Qarabağ məsələsində həll edilməli olan bəzi məsələlər var".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin