"Ən yüksək risk qrupunda olanlar üçün 2,4 milyard dollarlıq koronavirus vaksininə ehtiyac var".
Bizim.Media xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus Ümumdünya Ticarət Təşkilatının 2021-ci il forumunda çıxışı zamanı deyib.
"Vaksinlər var, ancaq ən çox ehtiyac duyan insanlar bu vaksini əldə edə bilmir. Hələ də dünya miqyasında səhiyyə işçiləri, yaşlılar, xroniki xəstəlikləri olanlar və digər müdafiəsiz qruplar kimi, ən yüksək risk qrupundakı insanların peyvəndə ehtiyacı var", - baş direktor qeyd edib.
Qebreyesus bu il keçirilən Ümumdünya Səhiyyə Assambleyasında beynəlxalq xalq sağlamlığı təcili vəziyyətlər sırasında səyahət məhdudiyyətlərini ləğvinə çağırıldığını xatırladıb:
"Xüsusən vaksin istehsalındakı əngəllərin aradan qalxması üçün məhdudiyyətlərin ləğvi vacibdir".
Bizim.Media
- A-
- A
- A+
Dünya
05:00 / 29.09.2021
Bu şəxslər üçün 2,4 milyard dollarlıq vaksinə ehtiyac var
Hazırda oxunan: Bu şəxslər üçün 2,4 milyard dollarlıq vaksinə ehtiyac var
Hazırda oxunan: Bu şəxslər üçün 2,4 milyard dollarlıq vaksinə ehtiyac var
39232
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.