Türkiyənin Ədirnə şəhərində oğul 76 yaşlı anasını dəyənəklə döyərək öldürüb. Moderator.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, buna səbəbin isə 50 yaşlı Hüseynin anası Hənifə xanımdan ona süfrə açmasını istəməsi olub.
Anası süfrəni hazırlamadığına görə, şizofraniya xəstəsi olan oğlu 50 yaşlı Hüseyn bağdan götürdüyü dəyənəklə anasını döyməyə başlayıb. 76 yaşlı qadın başından aldığı zərəbə ilə yerindəcə keçinib. Bunu görən atası Mustafa polisə və təcili yardıma xidmətinə zəng vurub.
Hadisə yerinə gələn polis əməkdaşları Heseyni bölməyə aparıb. Təcili yardım xidməti isə 76 yaşlı ananın meyidini “Uzunköprü İlçə Xəstəxanası” nın morquna aparıb.
Nəzarət altına alınan 50 yaşlı Hüseynin təxminən 10 ildir ki, Rush və sinir xəstəlikləri xəstəxanasında müalicə olunduğu və xəstəxanadan çıxdıqdan sonra isə dərmanlarını qəbul etmədiyi bildirilib.
Məhkəmədə verdiyi ifadədə Hüseyn, “Hanifə mənim anamdır, Mustafa da atamdır. Mən atamı sevirəm, amma, anamı sevmirəm. Atam çəliklə gəzir. Dünən anamın öldüyündən xəbərim yoxdu. Mən ruhi xəstəyəm, heçnə xatırlamıram”,-deyə bildirib. Bu ifadə eşidənləri şoka salıb.
Məhkəmə heyəti, şizofreniya xəstəsi olan Hüseyni həbsxana yerinə, Bakırköy Rush və Sinir xəstəlikləri Xəstəxanasına göndərib.




































































































