“Eureporter” nəşri: "Qanlı müharibə bitdi və Cənubi Qafqazda iqtisadi imkanlar yarandı"

Hazırda oxunan: “Eureporter” nəşri: "Qanlı müharibə bitdi və Cənubi Qafqazda iqtisadi imkanlar yarandı"

39224

Avropa İttifaqının “Еureporter” nüfuzlu informasiya və analitik nəşrində məşhur politoloq Kolin Stivensın “44 günlük müharibə bölgənin geosiyasi mənzərəsini dəyişib” adlı məqaləsi dərc edilib  

Bizim.Media xəbər verir ki, məqalədə müəllif yazır ki, 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsi regional iqtisadi inteqrasiya və təhlükəsizliyə ciddi problem yaradırdı.

ATƏT-in Minsk qrupunun himayəsi altında aparılan danışıqlar prosesi, İrəvanın danışıqlar prosesinin onilliklər ərzində inkişaf etdirdiyi əvvəl əldə edilmiş razılaşmalar və prinsiplərdən imtina etməsi səbəbindən müvəffəqiyyətsizliyə uğradı.

Nəticədə artan gərginlik və təxribatlar 44 günlük müharibə kimi tarixə düşən Azərbaycan ordusunun genişmiqyaslı hərbi əks hücumuna gətirib çıxardı. 
 

Müəllif xatırladır ki, 44 gün davam edən İkinci Qarabağ müharibəsi 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya tərəfindən üçtərəfli bəyanatın imzalanması ilə başa çatdı.


Bu bəyanata əsasən, Qarabağ bölgəsinə 1960 rusiyalı sülhməramlı, 90 zirehli maşın və 380 ədəd avtomobil və xüsusi texnika göndərildi. Bundan əlavə, Ağdam rayonunda atəşkəs rejiminin icrasının monitorinqinin aparılması üçün “Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi” açıldı. Noyabr razılaşması, düşmənçiliyə və hərbi əməliyyatlara son qoyan əhəmiyyətli sənəd oldu. Sənədə əsasən, Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını geri qaytarmağı öhdəliyinə götürdü, Azərbaycan isə Ermənistanla Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər arasında humanitar əlaqə kimi istifadə edilməli olan Laçın dəhlizinin təhlükəsizliyinə zəmanət verdi. 

Müəllif qeyd edir ki, təhlükəsizlik və gələcək iqtisadi əməkdaşlıq baxımından əhəmiyyətli olan 4 və 9-cu maddələr də daxil olmaqla, noyabr üçtərəfli bəyanatının bütün bəndlərinin icrasında hələ də problemlər və çətinliklər mövcuddur. 

Sonda politoloq yazır ki, bugünkü reallıq belədir: qanlı müharibə bitdi və Cənubi Qafqazda iqtisadi imkanlar yarandı.
 

Azərbaycan üçün münaqişə keçmişdə qaldı və indiki Qarabağ iqtisadi rayonunun gələcək alternativ statusu ilə bağlı aparılan istənilən danışıqlar qətiyyən qəbuledilməzdir.


Əksinə, Ermənistan "öz müqəddəratını təyinetmə" əsasında Qarabağın gələcək statusu ilə bağlı israr etməkdə davam edir və bu, təkcə Cənubi Qafqazda deyil, həm də dünyamızın bir çox yerində sabitliyi və sülhü təmin edən beynəlxalq hüququn əsas prinsipləri olan ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmət olmadıqda tərəflər arasında gərginliyin davam edəcəyini göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin