Xarkovda Anım Günü ilə bağlı tədbir keçirildi

Hazırda oxunan: Xarkovda Anım Günü ilə bağlı tədbir keçirildi

39126

Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunda 27 sentyabr anım günü ilə bağlı dəyirmi masa keçirilib. 

Bizim.Media-nın məlumatına görə, dəyirmi masada Xarkov şəhərində fəaliyyət göstərən Azərbaycan diasporasının təmsilçiləri və ali məktəblərin müəllimləri iştirak ediblər. 

Vətən müharibəsinin şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra yeni dönəmdə Azərbaycan diasporasının invormasiya savaşında sərgiləyəcəyi mövqe müzakirə edilib.

Eyni zamanda işğaldan azad edilmiş ərazilərinin investisiya potensialının Azərbaycan diasporasının və Xarkov konsulluğunun xidmət dairəsinə daxil ərazilərin sahibkarları arasında təbliğ edilməsi üçün vacib olan məsələlər barədə söhbət gedib. 

Dəyirmi masada eyni zamanda ötən il silahlı hücuma məruz qalan Azərbaycanın Xarkovdakı fəxri konsulluğu ilə bağlı cinayət işinin gedişi barədə iştirakçılara ətraflı məlumat verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin