The National İnterest: “Bölgədə kommunikasiyaların açılması Ermənistana daha çox sərf edir”

Hazırda oxunan: The National İnterest: “Bölgədə kommunikasiyaların açılması Ermənistana daha çox sərf edir”

39102

“Azərbaycanla Ermənistan arasındakı müharibənin başlamasından bir il keçməsinə baxmayaraq, regionda hələ də sabitlik yoxdur və bölgədə münaqişə potensialı qalmaqdadır”

Bizim.Media xəbər verir ki, bu fikirlər ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Robert Sekutanın “The National İnterest” dərgisində dərc olunmuş məqaləsində qeyd olunub.

Belə ki, diplomat məqalədə Cənubi Qafqazdakı vəziyyətlə bağlı fikirlərini ifadə edib:

“2020-ci ilin noyabrında Ermənistan və Azərbaycan arasında Rusiyanın vasitəçiliyi ilə geniş miqyaslı hərbi əməliyyatlar dayandırılmış ola bilər, lakin bu, tərəflər arasında sülhün əldə olunmasına gətirib çıxarmayıb.
 

MÖVZU İLƏ BAĞLI:

“The National Interest”: "Sərhəddə gərginlik Ermənistan üçün təhlükəli strategiyadır"


Bundan əlavə, müqavilə tərəflərin bir-birlərinə atəş açmalarına mane olmayıb və Ermənistanın dəstəklədiyi Qarabağ ermənilərinin Azərbaycan ərazilərini işğal etdikdən sonra artan nifrətini azaltmayıb. Azərbaycanın işğal olunmuş Ağdam və digər əraziləri isə, demək olar ki, tamamimlə məhv edilib”.

Keçmiş səfir Rusiyanın regiondakı maraqlarından da söz açıb:

“Atəşkəs müqaviləsi isə Rusiya qoşunlarının Azərbaycan ərazisinə yerləşdirilməsinə və Rusiyanın Ermənistandakı varlığının artırılmasına zəmin yaratdı. Bundan əlavə, düşmənçiliyin davam etməsi və uzunmüddətli həll yolunda irəliləyişin olmaması da Rusiyanın maraqlarına xidmət edir.
 

Heç kimə sirr deyil ki, Rusiya post-Sovet dövlətləri üzərində nəzarəti yenidən bərpa etmək, ABŞ-ı gözdən salmaq, beynəlxalq nizamı alçaltmaq üçün ətrafındakı ölkələr daxilində və onların arasında qarşıdurmalardan istifadə edir, hətta münaqişələri stimullaşdırır. Ukrayna, Moldova, Gürcüstan və başqa yerlərdə olduğu kimi, Rusiya indi də Azərbaycanla Ermənistan arasındakı münaqişəni öz məqsədləri üçün istifadə etməyə davam edir”.


Bölgə əhalisinin əksəriyyətinin tək çarəni Moskva ilə əməkdaşlıqda gördüyünü bildirən Sekuta ABŞ-ın regionda sülhün təmin olunması istiqamətində hansı addımları atmasının vacibliyini də qeyd edib:

“Daha çox görünən diplomatiya ilə məşğul olmaq. ABŞ-ın yüksək səviyyəli rəsmilərinin şəxsən ziyarətləri ideal olsa da, virtual qarşılıqlı əlaqə və telefon danışıqları da əla nəticələr verə bilər. Amerikalı tamaşaçılara belə şeylər adi görünsə də, Vaşinqton və ya Moskva rəhbərliyi ilə telefon danışıqları və digər nişanələr bir çox ölkələrdə milli xəbərdir. Bundan əlavə, bu yol Amerikanın mesajını daha geniş kütlələrə çatdıracaq. 
 

ABŞ həm Bakı, həm də İrəvandakı təsirindən istifadə edərək ölkə liderlərinin sülh, firavanlıq və davamlı təhlükəsizlik naminə razılaşdıqları hərəkətləri dəstəkləyən şəraiti yaratmağa kömək etməlidir. Belə ki, Amerika Birləşmiş Ştatları, Ermənistan və Azərbaycanla konkret problemləri araşdırmaq və onları həll etmək naminə mümkün yanaşmalar hazırlamaq üçün insanlar arasında təmaslar qurmalıdır. 


ABŞ həm Ermənistan, həm də Azərbaycanla birlikdə Cənubi Qafqazda yeni nəqliyyat və kommunikasiya əlaqələrinin yaradılması üçün çalışmalıdır. Bu cür səylər biznes imkanları yaradacaq və iqtisadi inkişaf nəticəsində bölgənin rifah halı daha da yüksələcək.

Bu nəqliyyat və kommunikasiya əlaqələri Qarabağ münaqişəsi səbəbindən özünü Türkiyədən və Azərbaycandan təcrid edən Ermənistan üçün xüsusilə əhəmiyyətli ola bilər. Belə layihələr həm də Çinin “Bir kəmər, bir Yol” təşəbbüsünə cavab olaraq, Qafqazı və Orta Asiyanı daha da stimullaşdıracaq.

Əhəmiyyətli olan məqam isə, bu addımların heç birinin ABŞ-a böyük xərclər hesabına başa gəlməyəcəyidir.

Sadəcə bir az təşəbbüskarlıq və öhdəlik bunun üçün yetərlidir. Buna baxmayaraq, əldə olunacaq qazanc əhəmiyyətli olacaq. Eyni zamanda Milli Təhlükəsizlik müşaviri Jeyk Sallivanın telefon danışığından sonra, Birləşmiş Ştatların bu baharda etdiyi hərəkətlər də bu nüansı dəstəkləyir”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin