Rusiyanın Suriyadakı Xmeymim aviabazasının hava sahəsinə nəzarət sistemi yaraqlıların buraxdığı pilotsuz təyyarəni (PUA) aşkar ediblər.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, nəticədə PUA Rusiyanın “Pançir-S” zenit raket kompleksi tərəfindən vurulub.
Bu barədə informasiyanı Rusiyanın Suriyada Savaşan Tərəflərin Barışdırılması Mərkəzinin rəhbərinin müavini, kontr-admiral Vadim Kulit yayıb.
MÖVZU İLƏ BAĞLI:
Suriyada kürd yaraqlıları 15 müəllimi qaçırdı
Kulit brifinqdə deyib: "Saat 12:30-da İdlibin deskalasiya zonasında qanunsuz silahlı qrupların nəzarət etdiyi ərazidən buraxılan PUA Rusiyanın Xmeymim hava bazasında hava sahəsinin nəzarəti vasitəsi ilə aşkar edildi".
Onun sözlərinə görə, hava hədəfi “Pançir-S” zenit-raket kompleksi tərəfindən hava bazasından bir qədər uzaqda məhv edilib.
"Hadisə nəticəsində ölən yoxdur", - Kulit vurğulayıb.
"Savaşan Tərəflərin Barışdırılması Mərkəzi qanunsuz silahlı qrupların komandirlərini silahlı təxribatlardan əl çəkməyə və nəzarət etdikləri bölgələrdə vəziyyətin sülh yolu ilə nizamlanması yolunu tutmağa çağırır", - mərkəzin rəis müavini əlavə edib.
Bizim.Media