Tanınmış rusiyalı bloger Artyom Lebedev Azərbaycanın işğaldan azad edilən ərazilərini ziyarət edib.
Bizim.Media xəbər verir ki, bu haqda o, özünün İnstagram səhifəsində yazıb və Ağdam şəhərindən foto şəkillər yerləşdirib.
"Azərbaycanlılar kabus şəhərini (Ağdamı nəzərdə tutur) Londona çevirmək niyyətindədirlər. Bir tərəfdə mina təmizlənir, digər tərəfdə isə tikinti kranı dayanır”, deyə o, qeyd edib.
A. Lebedev minalardan təmizləmə işlərinin fotolarını da bölüşüb.
Bundan əlavə, bloger Füzuliyə həyata keçirilən kommersiya uçuşu haqda da yazıb: "Artıq burada yeni hava limanı tikiblər”.
Bizim.Media